Terimi Ziko əvəzləyəcək?
09.09.2008 - 11:05
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artrur Ziko “Nyukasl”ı çalışdırmağa ən real namizəddir. “APA-Sport”un məlumatına görə, braziliyalı mütəxəssis İngiltərədə işləmək istədiyini etiraf edib: “Bu işdən imtina etməzdim. Həmişə İngiltərə Premyer-Liqasında işləməyi və uğur qazanmağı arzulamışam”.
Qeyd edək ki, “Nyukasl”ın baş məşqçi postu Kevin Kiqanın istefasından sonra boş qalıb. Komanda rəhbərliyi Türkiyə yığmasının çalışdırıcısı Fatih Terimə təklif göndərsə də, 55 yaşlı mütəxəssisin razılığını ala bilməyib.

0
0