“Qalatasaray”ın sabiq futbolçusu ABŞ-a qaçdı
09.09.2008 - 11:18
“Qalatasaray”ın sabiq futbolçusu ABŞ-a qaçdı
Bakı - APA-Sport. İsrail yığmasının və “Qalatasaray”ın sabiq üzvü Haim Revivo vətənindən qaçıb. “APA-Sport”un məlumatına görə, buna veteran futbolçunun məruz qaldığı hədə-qorxu səbəb olub. Belə ki, cinayətkar aləmin nümayəndələri Revivo və onun şəriklərinin çalışdığı biznes sahəsinə müdaxilə ediblər. Həyatının təhlükə altında olduğunu görən Haim ABŞ-a qaçıb.
Qeyd edək ki, Revivo 2000-03-cü illərdə İstanbulun “Fənərbaxça” və “Qalatasaray” komandalarında legioner həyatı yaşayıb. Sonradan İsrailə qayıdan futbolçu karyerasını başa vurduğu “Aşdod” klubunda rəhbərlərindən birinə çevrilib.
0