A seriyasının ən yaxşı məşqçisi
09.09.2008 - 13:09
A seriyasının ən yaxşı məşqçisi
Bakı - APA-Sport. İtaliya çempionatının 2007/08 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, ən yaxşı çalışdırıcı üçün təsis olunan “Maestrelli” mükafatına hazırda işsiz olan Roberto Mançini sahib çıxıb. Ötən mövsüm məhz onun çalışdırdığı “İnter” A seriyasında qızıl medal qazanıb. Ancaq Milan təmsilçisi Çempionlar Liqasında uğursuzluğa düçar olub. “İnter”in bu nüfuzlu yarışda mübarizəni 1/8 finalda dayandırması mövsümün sonunda Mançinin istefaya göndərilməsi ilə nəticələnib. Buna baxmayaraq, Mançini A seriyasının ən yaxşı məşqçisi seçilib. Maraqlıdır ki, 1998-ci ildə “İnter”in o vaxtkı baş məşqçisi Luici Simoni “Maestrelli” mükafatına layiq görüldüyü gün tutduğu vəzifədən azad olunmuşdu.
0