Gecə diskotekaya, səhər futbola
09.09.2008 - 13:29
Gecə diskotekaya, səhər futbola
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiya yığmasının üzvləri Uelslə oyun ərəfəsində əylənməyə üstünlük veriblər. “APA-Sport”un məlumatına görə, adları açıqlanmayan bir qrup futbolçu Moskvadakı gecə diskotekalarından birinə baş çəkiblər. Maraqlıdır ki, komandanın baş məşqçisi Qus Hiddink bu xəbəri sakit qarşılayıb. Hollandiyalı mütəxəssis yetirmələrinin bu şəkildə səhərədək əylənmələrində qeyri-adi heç nə görmədiyini bildirib: “Bu hadisədən xəbərim var. Yetirmələrim səhərədək yaxşıca əyləniblər. Bəziləri rəqs edib, bir qismi isə... Onlar bunu istirahət günündə ediblər. Futbolçu istədiyi işlə məşğul ola bilər. Yalnız sağlamlıqlarını nəzərə almaq şərti ilə”.
Qeyd edək ki, Rusiya dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Şimal qonşumuzun komandası ilk oyununu sabah Moskvada Uelsə qarşı keçirəcək.
0