Kollinanı meydandan yarımçıq çıxardılar
09.09.2008 - 15:09
Bakı - APA-Sport. Dünyanın ən məşhur hakimlərindən biri Pyerluici Kollinanın yaşıl meydançalara qayıdışı uğursuzluqla nəticələnib. “APA-Sport”un məlumatına görə, karyerasını 2006-cı ildə başa vurmuş italiyalı hakim İngiltərə və planetin sabiq futbol ulduzlarından ibarət komandaları arasında keçirilən xeyriyyə matçını yarımçıq dayandırıb. Belə ki, oyunun gedişində Kollina zədələnib. O, ayağında ağrılar hiss etdiyindən meydanı vaxtından qabaq tərk edib. Qalan vaxtda Kollinanın əvəzinə ədalət prinsiplərini Hyu Dallas qoruyub. Qarşılaşmaya gəlincə, oyun İngiltərə yığmasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0