Terim ilinə 2 milyon avro alacaq
09.09.2008 - 16:02
Terim ilinə 2 milyon avro alacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayacaq. “APA-Sport”un məlumatına görə, bu zaman 55 yaşlı mütəxəssisin məvacibi artırılacaq. Terimin yeni müqaviləyə əsasən təxminən 2 milyon avro alacağı gözlənilir. Adının açıqlanmasını istəməyən TFF rəsmisi təcrübəli mütəxəssisin maliyyə məsələsində hər hansı tələb irəli sürmədiyini bildirib: “Biz Terimə ən azı üç komandadan sərfəli təklif gəldiyini bilirik. Ona milli komandada aldığı pulun 3-4 mislini verirlər. Məşqçimiz əvvəlcə getmək istəsə də, rəhmətlik federasiya prezidenti Hasan Doğanın sözünü yerə salmadı. Bu toplantıda pul məsələsi müzakirə olunmadı. İndi də hər hansı tələbi yoxdur. O, bunu etməsə də, biz qazancının artırılmasının vacibliyini düşünürük. Luis Araqones İspaniyanı Avropa çempionu edərkən 3,5 milyon avroya çalışırdı. Terim də Türkiyəni üçüncü yerə çıxartdı. Buna görə də məvacib alacaq”.
Qeyd edək ki, TFF yeni müqavilənin detallarını sabah İstanbulda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Belçika oyunundan sonra müzakirə edəcək.
0