Əmrəni “ağ yuyub, qara sərdilər”
09.09.2008 - 16:18
Əmrəni “ağ yuyub, qara sərdilər”
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının kapitanı Əmrə Bələzoğlu kəskin tənqid atəşinə məruz qalıb. “APA-Sport”un məlumatına görə, Türkiyənin NTV telekanalında efirə çıxan “90 dəqiqə” verilişində futbol şərhçisi Hincal Uluç 28 yaşlı oyunçunu xaraktersizlikdə günahlandırıb. Xüsusilə Ermənistanla qarşılaşmada Əmrənin çıxışından narazı qalan Uluç kapitan sarğısının ondan alınmasını istəyib: “Anlaya bilmirəm ki, o necə kapitandır? Əmrə özünə və komanda yoldaşlarına hörmət göstərməyən xaraktersiz futbolçudur. Son 5 ildə keçirilən oyunların 80 faizində zədəli olub. Forma geyindiyi matçlarda isə 60 dəqiqə mübarizə apara biləcəyi təqdirdə, onu sonadək meydanda saxlayırlar. Əmrədən kapitan, lider olmaz. Türkiyəli gənclərin qarşısına belə lider çıxarmaq düzgün deyil”.
0