Qurban Qurbanovun qollu xatirələri
09.09.2008 - 17:06
Bakı. Mehman Süleymanov - APA-Sport. “Lixtenşteynə vurduğum hər iki qolu yaxşı xatırlayıram. Səfərdəki oyunda qapı önündə yaranan qarışıqlıq zamanı fərqləndim. Daha bir zərbəmdən sonra top qapı tirinə dəyərək xəttə düşsə də, qol hesaba alınmadı. Bakıdakı görüşdə isə Emin Ağayevin ötürməsindən sonra gözəl qola imza atdım”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan yığmasının sabiq kapitanı Qurban Qurbanov deyib.
36 yaşlı veteran futbolçu Lixtenşteynə 10 il öncə səfərdəki məğlubiyyəti (1:2) bəxtsizliklə əlaqələndirib: “Futbolda hərdən elə olur ki, yaxşı oynayıb, çoxlu qol imkanı yaratsan da, sonda meydanı məğlub tərk edirsən. Həmin vaxt Lixtenşteyn bizdən güclü deyildi. Hər halda, bir il sonra Bakıda qazandığımız 4:0 hesablı qələbə ilə Vadutsdakı yenilginin təsadüfi olduğunu sübut etdik. Lixtenşteynə məğlubiyyət bizə çox pis təsir etmişdi. Həmin dövrdə Rusiyada Stavropolun “Dinamo” klubunda çıxış edirdim. Fikirləşirdim ki, geri qayıdandan sonra Lixtenşteynə də uduzduğumuz üçün qınaq obyektinə çevriləcəyəm”.
Hazırkı Lixtenşteyn haqda məlumatsız olduğunu deyən Qurbanov 10 ildə hər iki yığmada çoxlu dəyişikliyin olduğunu, futbolun inkişaf etdiyini söyləyib. O, milli komandamızın Bakıda yenə qalib gələcəyinə şübhə etməyib: “Lixtenşteyndə həmin dövrdə də legionerlər, İsveçrədə çıxış edən futbolçular var idi. Onlar Avropada çıxış etdikləri üçün oradakı futbola uyğunlaşıblar. Bununla belə, milli komandamızın qələbəsinə əminəm. Fərqi yoxdur, hücumçu, yaxud müdafiəçi fərqlənsin. Əsas odur ki, qol vuraq”.
Qeyd edək ki, Qurban Qurbanov vurduğu 14 qolla Azərbaycan yığmasının ən sərrast oyunçusudur.

0
0