“Lokomotiv” Azərbaycan yığmasına qarşı
10.09.2008 - 09:51
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Belarusda təlim-məşq toplanışı keçəcək. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərə sentyabrın 21-də yollanacaq Yaşar Vahabzadənin yetirmələri bir həftəlik hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. U-19 öncə sentyabrın 22-də Minsk “Lokomotiv”inə qarşı mübarizə aparacaq. Daha sonra futbolçularımız iki dəfə (24 və 27 sentyabrda) belaruslu həmyaşıdları ilə görüşəcəklər. Təlim-məşq toplanışı yığmamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
0
0