Ermənistan himni fitə basıldı
10.09.2008 - 10:04
Ermənistan himni fitə basıldı
Bakı Kənan Həsənov - APA-Sport. Türkiyənin gənclərdən ibarət yığması Ermənistanla Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda keçirilən duelində maraqlı hadisələr baş verib. “APA-Sport”un məlumatına görə, yerli azarkeşlər “Qalatasaray” klubuna məxsus “Ali Sami Yen” stadionunda baş tutan görüşdə rəqib komandaya psixoloji təsir göstəriblər. Belə ki, fanatlar oyundan əvvəl Ermənistanın dövlət himnini fitə basıblar. Hakimin start fiti səsləndikdən sonra isə “Ayağa durmayan erməni olsun” şüarını səsləndiriblər. Bununla türkiyəli azarkeşlər sentyabrın 6-da İrəvanda ermənilər tərəfindən milli komandalarına qarşı göstərilən hərəkətlərə cavab vermiş olublar.
Qeyd edək ki, meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi oyunu Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener, “Galatasaray”ın prezidenti Adnan Polat və yığmanın baş məşqçisi Fatih Terim də izləyib.
0