“Qalatasaray”a üç namizəd
10.09.2008 - 12:04
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun baş məşqçi postuna üç namizəd var. “APA-Sport”un məlumatına görə, almaniyalı Falko Getz, rumıniyalı Mirça Luçesku və Mustafa Dənizli “üçlüy”ündən biri komandanın hazırkı baş məşqçisi Mikael Skibbenin xələfi ola bilər. Klub rəhbərliyi almaniyalı çalışdırıcını dəstəklədiyini iddia etsə də, artıq birinci dövrənin sonunadək baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. Bu vaxtadək daxili yarışlarda və qitə miqyasında işləri yaxşı getməyəcəyi halda, Skibbe istefaya göndəriləcək. Həmin vaxt “Qalatasaray” rəhbərliyi bu 3 məşqçi arasında seçim edəcək.
Qeyd edək ki, Ukraynanın “Şaxtyor” klubunu çalışdıran Luçeskudan fərqli, digər iki mütəxəssis hazırda işsizdir.
Qeyd edək ki, Ukraynanın “Şaxtyor” klubunu çalışdıran Luçeskudan fərqli, digər iki mütəxəssis hazırda işsizdir.
0
0