Toşak: Rusiya yığması hara, Azərbaycan hara?
10.09.2008 - 12:42
Bakı. Mehman Süleymanov - APA-Sport. “Biz Rusiya yığmasına Azərbaycana qarşı olduğu kimi oynamamalıyıq. Bu komandalar bir-birindən fərqlənirlər. Rusiya Azərbaycan deyil”. “APA-Sport”un məlumatına görə, bunu 2010-cu il dünya çempionatının seçmə mərhələsinin ilk oyunda Azərbaycanı məğlub edən (1:0) Uels yığmasının baş məşqçisi Con Toşak deyib.
Bu gün Moskvada Rusiya ilə görüşəcək uelslilərin çalışdırıcısı bildirib ki, komandasının Azərbaycana qarşı göstərdiyi oyundan razı qalmayıb: “Ruslarla Azərbaycana qarşı olduğu kimi oynamamalıyıq deyəndə, söhbət təkcə oyunun keyfiyyətinə aid deyil. İlk növbədə biz taktiki cəhətdən düzgün oynamalıyıq”.
Toşak, həmçinin Rusiyanı qrupun favoriti kimi qəbul etməyib: “Niyə biz Rusiyanı favorit saymalıyıq? İndi Avropada futbolu inkişaf edir. Son Avropa çempionu İspaniyanın Bosniya və Herseqovinanı güclə məğlub etməsini gördüm. Uels xal qazanmaq iqtidarındadır”.
Qeyd edək ki, ruslar cari seçmə mərhələdə ilk oyununu Uelsə qarşı keçirəcək.

0
0