Domenek üçün dar ağacı
10.09.2008 - 13:26
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransa Futbol Federasiyasının prezidenti Jan-Pyer Eskalett yığmanın baş məşqçisi Raymond Domenekə artıq əvəzləyici axtarır. “APA-Sport”un məlumatına görə, mümkün namizədlər arasında milli komandanın sabiq kapitanları Didye Deşamla Loran Blan var.
Deşam vaxtilə çıxış etdiyi İtaliyanın “Yuventus” klubunu A seriyasına qaytardıqdan sonra baş postunu tərk edib və hazırda işsizdir. Blan isə Fransanın “Bordo” klubunu çalışdırır.
Bu gün öz meydanında Serbiya yığması ilə görüşəcək Domenek isə zarafatından qalmır. O, ilk turda səfərdə Avstriya yığmasına məğlubiyyətdən (1:3) sonra istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: “Mən bilirəm ki, hamınız qan iyinə yığışmışsınız. Xoşbəxtlikdən daha başkəsən aparatlar yoxdur. Halbuki, çoxlarınızın indi məni dar ağacına çəkmək istərdiniz. Həmin adamları tanıyıram”.
Qeyd edək ki, Fransa yığması Domenekin rəhbərliyi altında son Avropa çempionatında qrup sonuncusu olub.

0
0