“Spartak” Laudrupa tapşırıldı
10.09.2008 - 17:50
“Spartak” Laudrupa tapşırıldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Mikael Laudrupun Moskvanın “Spartak” klubunun yeni baş məşqçisi olması rəsmiləşib. “APA-Sport”un məlumatına görə, danimarkalının Rusiyanın ən titullu komandası ilə Moskvadakı danışıqları bu gün müsbət yekunlaşıb. Gözlənildiyi kimi, 44 yaşlı mütəxəssis “Spartak”la il yarım müddətinə müqavilə imzalayıb. Futbolçu karyerası dövründə “Real” və “Barselona” kimi klublarda çıxış edən Laudrup Rusiyada çalışan ilk danimarkalı mütəxəssis olacaq. Laudrup bunadək İspaniyada “Xetafe”nin baş məşqçisi olub.
Qeyd edək ki, Moskva klubu ötən ay Stanislav Çerçesovla yollarını ayırdıqdan sonra baş məşqçi axtarışında idi.
0