Bizim “sarı” futbolçu
11.09.2008 - 11:40
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Elmar Baxşıyev Finlandiya ilə oktyabrın 11-də keçiriləcək qarşılaşmada oynamayacaq. “APA-Sport”un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Helsinkidə baş tutacaq görüşdə cəzalı olacaq. Buna səbəb Elmarın ikinci sarı vərəqə almasıdır. Sentyabrın 6-da Kardiffdə Uelslə görüşün 12-ci dəqiqəsində xəbərdarlıq alan Baxşıyev Lixtenşteynlə matçda da eyni aqibəti yaşayıb. Seçmə mərhələnin cəmi iki matçında iki vərəqə alan Elmar üçüncü qarşılaşmanı buraxmalı olacaq.
Maraqlıdır ki, Baxşıyevdə Skandinaviya sindromu var. O, ötən il də Helsinkidə əcnəbi məşqçiyə kömək etməmişdi. 2007-ci ilin sentyabrında Serbiya ilə matçda sarı alan Baxşıyev Qyoko Hacievskinin millidəki debüt matçında - Finlandiya ilə səfər qarşılaşmasında cəza üzündən istirahət edirdi. Millinin heyətində seçmə mərhələlərdəki son 3 oyunun heç birində vərəqəsiz qalmayan Elmar yığma karyerasında 7 dəfə xəbərdarlıq alıb.
Ümumiyyətlə Baxşıyev son vaxtlar vərəqə almaq üzrə ölkə “çempionu” adına iddiaçıdır. Bu yay avrokuboklarda iki sarı, bir qırmızı vərəqə alan yarımmüdafiəçi ötən mövsümün də qəhrəmanlarından olub. 9 sarı vərəqə alan yarımmüdafiəçi Premyer Liqanın oyunçuları arasında 4-cü yeri tutub.
Qeyd edək ki, Baxşıyev cari seçmə mərhələdə cəzalı duruma düşən ikinci futbolçumuzdur. Uelsdə qırmızı vərəqə alan Fabio Luis Ramim cəzasını Lixtenşteynlə qarşılaşmada çəkib.

0
0