Terim FİFA-ya ifadə verib
11.09.2008 - 11:48
Bakı. Kənan Həsənov - APA-Sport. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İstanbulda keçirilən Türkiyə - Belçika oyununda yaşananlar FİFA nümayəndəsinin diqqətindən yayınmayıb. “APA-Sport”un məlumatına görə, norveçli komissar Sven Yohansen matçdan sonra Fatih Terimlə rəqib baş məşqçi Rene Vandereykenin ifadəsini alıb. Matç ərzində bir-birinə qarşı xoşagəlməz davranışlarla diqqət çəkən mütəxəssislər buna görə cavab verməli olublar.
Qeyd edək ki, Terim həmkarını nalayiq davranışda və kənarda olan topu meydana vurmaqla oyunun tempini aşağı salmaqda suçlayıb. Vandereyken isə türkiyəli mütəxəssisi aqressiv davranışda və hörmətsizlikdə ittiham edib.

0
0