Elvin Məmmədov: “Mənə ötürmə verilsəydi, oynayardım”
11.09.2008 - 12:30
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Oyunda ən real qol şansı mənim əlimə düşsə də, fürsətdən istifadə edə bilmədim”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov deyib. Dünya çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Lixtenşteyn matçından sonra yarımmüdafiəçi imkanların boşa verilməsindən şikayətlənib: “Hər şeyi düzgün qiymətləndirib uzaq küncü nişan aldım. Lakin qapıçı mümkünsüzü bacarıb bu topu dəf etdi. Birinci hissədə daha yaxşı oynadığımızdan təhlükəli vəziyyətlər də fasiləyədək yarandı. Amma yüz faizli qol imkanların hamısını boşa verdik. İkinci yarıda isə rəqib qapandığından işimiz çətinləşdi. Əvəzlənməyim isə baş məşqçinin qərarıdır. Daha çox sağ cinahla oynayırdıq. Topu mənə ötürsəydilər, oynayardım da”.
0
0