Azərbaycana gələn məşqçi Londonda çalışacaq
11.09.2008 - 13:14
Azərbaycana gələn məşqçi Londonda çalışacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Canfranko Zolanın İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisi olacağı rəsmiləşib. “APA-Sport”un məlumatına görə, 42 yaşlı italyan mütəxəssis qarşıdakı üç ildə London təmsilçisini çalışdırmağa razılıq verib. Zola baş məşqçi postunda klub rəhbərliyinin işinə qarışmasına görə istefa verən Alen Kerbişvilini əvəzləyib. Yeni baş məşqçi ilə üç illik müqaviləyə imza atan “Vest Hem”in rəhbərliyi onu bu gün ictimaiyyətə təqdim edəcək.
Zola uzun müddət “Çelsi”də çıxış etdiyindən, onun İngiltərə ilə bağlı təcrübəsi böyükdür. Sonuncu iş yeri İtaliyanın 21 yaşlılardan ibarət yığma komandasında (U-21) olan Canfranko “Çelsi”də bir yerdə oynadığı Pyerluici Kaziraqinin köməkçisi olub. Bu ilin martında ölkəmizə səfər edən Zolanın komandası Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın U-21-ni 2:0 hesabı ilə məğlub edib.
0