Bu oyunda kim uddu, kim uduzdu?
11.09.2008 - 13:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Heç Respublika stadionunu tərk edəndən bir neçə saat sonra da anlaya bilmirdim ki, Azərbaycan Lixtenşteynlə oyun oynayırdı, yoxsa “oyun” oynayırdı. Ümumiyyətlə, bu nə oyun idi başımıza gəldi. İndi bizim Bakıda lixtenşteynlilərdən bir xal almağımıza sevinən vaxtımızdır!? Doqquz il əvvəl elə bu “cırtdanlar”ı, elə Bakıda və elə bu stadionda darmadağın etməmişik ki!? Dünən əşyalar da dilə gəlmişdi. Birinci hissədən sonra işləməyən, oyununun axırında isə 99 rəqəmini göstərən tablo, yəqin ki, futbolçularımıza məhz 1999-cu ili xatırladırdı. Az qala Lixtenşteynin əhalisi qədər azərbaycanlı futbol həvəskarlarının izlədiyi görüşdə məğlubiyyətə bərabər heç-heçə nəyimizə lazım idi?
...Ayağımı sürüyə-sürüyə evə gedirəm və mənə elə gəlir ki, mənim MİLLİ KOMANDAm hələ oynamayıb. Sanki bir az əvvəl meydana çıxanlar “oyunbazlar” imiş, meydan oyunbazları. Sanki Leandro Qomeşin belini əyərək qaçması, Vaqif Cavadovun driblinq işlədəndə öz-özünü fəndə salması, Branimir Subaşiçin əyri zərbələri, lixtenşteynli futbolçuların alqışlanması, qonaq komandanın paltardəyişmə otağında mahnı oxuması - bir sözlə, hər şey, gördüklərim və eşitdiklərimin hamısı xəyal imiş...
Yalnız soyuq başla düşünəndə yığmanın Lixtenşteynlə matçda heç nə qazanmadığını anlamaq mümkündür. Turnir cədvəlində Azərbaycanın qarşısına yazılan 1 xala aldanmayın, bu, statistikadır. Respublika stadionunda isə olanlar oldu. Berti Foqtsun komandası hücuma gec və ləng qoşulur. Ön xətdə çoxluq yarada bilmir. Hətta Lixtenşteyn yığmasının cərimə meydançasına daxil olmaq da futbolçularımız üçün müşkül məsələyə çevrilib.
Nədənsə, Foqts müdafiə futboluna üstünlük verir. Məntiqi ardıcıllığa diqqət yetirin: yığmamız həm Bosniya və Herseqovina, həm Andorra, həm İslandiya, həm İran, həm də Uelslə görüşlərdə qapısından 1 qol buraxdı. Nəhayət, Lixtenşteynlə qarşılaşmada qapımız toxunulmaz qaldı. Deməli, Foqts istəyinə çatıb. Əks təqdirdə, almaniyalı çalışdırıcı on minlərlə azarkeşin hissinə toxunduğu üçün quru üzrxahlıq edərdi. Ancaq Foqts “məni jurnalistlər maraqlandırmır” deməklə, özünə bəraət qazandırır. Bəlkə onun başı jurnalistlərlə mübarizədən ayılandan sonra milli komandamız uğura nail oldu.
Görəsən, azərbaycanlı futbolçu Lixtenşteynlə oyundan sonra heç-heçəyə görə verilən 1000 manatı necə xərcləyəcək? Deyirlər axı, haram pulu qazanmaq asan olduğu qədər, onu xərcləmək həddən artıq çətindir...
Milli komandamız Lixtenşteynlə qarşılaşmada heç nə qazanmadı. Əksinə, nələrisə itirdi. AFFA rəhbərliyi milli komandanın uğuru üçün əlindən gələni əsirgəmir. Futbolçularımız üçün yüksək şərait yaradılıb. Xarici ölkələrdə, eləcə də paytaxtımızda təlim-məşq toplanışları təşkil edilir. AFFA rəsmilərinin bu əməyini qiymətləndirmək futbolçuların üzərinə düşür ki, onlar da hələlik bunu bacarmırlar. Yığmamız azarkeş sevgisini qaytarmalı, ümid qığılcımını alovlandırmalı, gələcəyə ümidi artırmalıdır.
Necə deyərlər, nəyisə itirmədən, nəyisə tapmaq olmaz. Finlandiya ilə oyunu gözləyək. Gələcəyimiz mütləq gələcək!

0
0