İsveçrədə Azərbaycan yığmasını xatırladılar
11.09.2008 - 14:43
İsveçrədə Azərbaycan yığmasını xatırladılar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İsveçrə futbol ictimaiyyəti milli komandalarının Sürixdə Lüksemburqa uduzmasının şokundan ayılmayıb. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis Ottmar Hitsfeldin rəhbərliyi altında ilk ev oyununu keçirən meydan sahiblərinin məğlubiyyəti yerli mətbuatda da geniş işıqlandırılıb.

İsveçrəlilər dünya çempionatının seçmə mərhələsindəki bu uğursuzluğu Azərbaycana uduzmaqdan da pis sayıb: “Bakı 1996, Sürix 2008 - bunlar heç vaxt hafizəmizdən silinməyən biabırçılıqlardır. O vaxt Azərbaycanda belı qırılan yığmamızın baş məşqçisi Rolf Fringer bu postda debüt edirdi. İndi isə yaddaşlarımıza daha bir kabus həkk olundu - Lüksemburqa 1:2 hesablı məğlubiyyətin kabusu. Cırtdana məğlubiyyət müasir İsveçrə futbolunun ən böyük biabırçılığıdır. Hətta Lüksemburqa uduzmaq, 1996-cı ildə səfərdə Azərbaycana məğlub olmaqdan da pisdir”.
0