Baş məşqçi jurnalisti təhqir etdi
11.09.2008 - 14:48
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının baş məşqçisi Fatih Terim jurnalisti təhqir edib. “APA-Sport”un məlumatına görə, bu iddia “Hürriyət” qəzetinin yazarı Yalçın Doğana aiddir. O, Terimin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Belçika ilə oyun öncəsi tanınmış idman jurnalisti Osman Tanburacının ünvanına nalayiq ifadələr işlətdiyini bildirib. Terimi özündən çıxaran Tanburacının onun haqqında idman verilişində tənqidi fikirlər səsləndirməsi olub. “Hürriyət” yazarı telefon vasitəsilə baş tutan dialoqun təfərrüatını açıqlasa da, tərəflər hələ də məsləyə münasibət bildirməyiblər.
0
0