Baş məşqçidən 600 min avro istəyirlər
11.09.2008 - 14:56
Baş məşqçidən 600 min avro istəyirlər
Bakı. Mehman Süleymanov - APA-Sport. Moskvanın “Spartak” klubunun yeni baş məşqçisi Mikael Laudrup problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, 44 yaşlı danimarkalı mütəxəssisdən az öncə İspaniyada çalışdırdığı “Xetafe” komandası təzminat tələb edir. Klub prezidenti Anxel Torres sabiq baş məşqçidən müqaviləni vaxtından əvvəl pozduğu üçün 600 min avro məbləğində kompensasiya istəyəcəklərini bildirib.
Qeyd edək ki, Laudrupun “Xetafe” ilə müqaviləsi 2009-cu ilin iyununa qədər nəzərdə tutulub.
0