Berti Foqts Azərbaycandan getdi
11.09.2008 - 18:05
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA rəhbərliyinə hesabat verəcək. Bunu “APA-Sport”a assosiasiyanın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, bu gün vətəninə yollanan almaniyalı çalışdırıcı Bakıya döndükdən sonra AFFA-ya yığmadakı problemlər və gələcək oyunlarla bağlı hesabat təqdim edəcək: “Ümumiyyətlə, Foqts ayda bir dəfə rəhbərliyə hesabat verir. Təbii ki, baş məşqçi dünya çempionatının seçmə qrup mərhələsində Uels və Lixtenşteynə qarşı keçirilmiş matçlarla əlaqədar hesabat hazırlayacaq. Onunla Bakıya qayıtdıqdan sonra, yəni sentyabrın 23-ü və ya 24-də görüşəcəyik, milli komanda barədə fikir mübadiləsi aparacağıq”.
Məmmədov sentyabrın 10-da paytaxtımızda Lixtenşteynlə baş tutmuş oyundan da danışıb. Baş katib bildirib ki, qolsuz heç-heçə ilə nəticələnən qarşılaşma ibrət xarakteri daşıyıb: “Son oyunlarda futbolçularımız yaxşı təsir bağışlayırdılar. Uelslə görüşdə qapımıza penalti təyin olundu, ardından oyunçumuz qırmızı vərəqə aldı. Yalnız say azlığında qaldıqdan sonra uelslilər fərqlənən bildilər. Bütün bunlar futbol ictimaiyyətinin, azarkeşlərin milli komandamıza inamını artırmışdı. Təəssüf ki, Lixtenşteynə qalib gələ bilmədik. Düzdür, rəqibə uduzmadıq da, aktivimizə bir xal yazdırdıq. Ancaq istənilən halda, Lixtenşteynlə oyun bizə dərs oldu. İndi futbol ictimaiyyətinin üzvləri yaxşı anlayırlar ki, nəticə qazanmaq üçün, 1 gün, 1 ay, yaxud 3 ay da azdır. Yığmamıza vaxt lazımdır”.
Baş katib azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb: “Lixtenşteynlə matçda stadiona gələn bütün azarkeşlərə “çox sağ olun” deyirəm. Fanatlar əvvəldən axıradək milli komandamızı dəstəklədilər. Məhz onların sayəsində möhtəşəm gecə yaşadıq”.

0
0