Jurnalistlər Terimə qarşı çıxdılar
11.09.2008 - 18:09
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin tanınmış idman şərhçisi Osman Tanburacını nalayiq söyüşlərlə təhqir etməsi cavabsız qalmayıb. “APA-Sport”un məlumatına görə, 55 yaşlı mütəxəssisi Türkiyə İdman Yazarları Dərnəyi (TİYD) yaydığı açıqlamada qınayıb. Bəyanatda bu xoşagəlməz hadisənin üzüntü ilə qarşılandığı ifadə olunub: “Milli Komandanın baş məşqçisi səviyyəsinədək pillə-pillə yüksələn, idman yazarları tərəfindən sevilən və mükafatlara layiq görülən Fatih Terimin həmkarımıza qarşı çirkin əməlini qətiyyətlə qınayırıq. Bunu yalnız Osman Tanburacıya deyil, özümüzə qarşı edilən hərəkət sayırıq. Terimə demokratik cəmiyyətlərdə mətbuat və söz azadlığının olduğunu bir daha xatırladaraq, onu bu dəyərlərə hörmət etməyə çağırırıq”.
Qeyd edək ki, Terim idman verilişində Tanburacı tərəfindən tənqid olunduğu üçün onu təhqir edib. Zərərçəkən şəxs isə bu səbəbdən baş məşqçini məhkəməyə verib.
Qeyd edək ki, Terim idman verilişində Tanburacı tərəfindən tənqid olunduğu üçün onu təhqir edib. Zərərçəkən şəxs isə bu səbəbdən baş məşqçini məhkəməyə verib.
0
0