Nedved hobbisindən imtina edir
12.09.2008 - 09:36
Nedved hobbisindən imtina edir
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Yuventus” klubunun çexiyalı futbolçusu Pavel Nedved sevdiyi idman növündən imtina edir. “APA-Sport”un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi hobbisi olan qolfu bir daha oynamamağa hazır olduğunu deyib.

O, Çempionlar Liqasının (ÇL) qalibi olmağı hər şeydən üstün tutub: “Çempionlar Liqasının qızıl medalına görə hər şeydən imtina etməyə hazıram. Hətta Del Pyero ilə oynadığım qolfdan da. Biz istənilən rəqiblə oyunda qələləbə qazanmağa hazırıq. Heç kimdən qorxmuruq”.

Nedved karyerası boyu ÇL-nin qalibi olmağa bir dəfə yaxın olsa da, “Yuventus”un 2003-cü ilin finalında “Milan”a oyun sonrası penaltilərlə məğlubiyyəti buna imkan verməyib.

Qeyd edək ki, Turin klubu iki illik fasilədən sonra yenidən ÇL-nin qrup mərhələsində çıxış edəcək.
0