Çempionlar Liqasının diktatoru
12.09.2008 - 10:45
Çempionlar Liqasının diktatoru
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Belarusun BATE futbol klubunun baş məşqçisi Viktor Qonçarenko komandasının uğurunun sirrini açıb. “APA-Sport”un məlumatına görə, tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn komanda bu mütəxəssisin yaratdığı qanunlar sayəsində nailiyyət qazanıb.

Qonçarenko özünü diktator xarakterli demokrat adlandırıb: “Əvvəlki baş məşqçi İqor Kriuşenko böyük demokrat idi. Mən isə qismən diktatoram. Daha doğrusu, məni diktator dəst-xətti olan demokrat saymaq olar. Nizam-intizamı həmişə komandada ən vacib amil saymışam. Elə qazandığımız uğurlarda bu amilin böyük rolu var”.

Qeyd edək ki, BATE Çempionlar Liqasının təsnifat mərhələsində “Anderlext” və “Levski” kimi tanınmış komandaları mübarizədən kənarlaşdırıb. Belarus çempionu qrup mərhələsində “Yuventus”, “Real” və “Zenit”ə qarşı oynayacaq.
0