Pelenin oğlu məhkəmədə
12.09.2008 - 11:02
Pelenin oğlu məhkəmədə
Bakı. Kənan Həsənov - APA-Sport. Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu növbəti dəfə məhkəməyə çağırılıb. “APA-Sport”un məlumatına görə, məhkəmə Edson Çolbi du Nasimentonun üzərindən narkotik maddələri yaymaqla bağlı ittihamı götürməyib. Bunun əvəzində yalnız sınaq müddəti ləğv edilib.

“Əlbəttə, mən sevinirəm. Bu qələbədir. Amma daha artığına ümid edirdim. Bəraət alacağımı düşünürdüm. Üzərimdən bütün ittihamlar götürülməyənədək sakitləşməyəcəyəm” – deyə Edson bildirib.

Qeyd edək ki, 1999-cu ilədək “Santos” klubunun qapısını qoruyan Edson Çolbi 2005-ci ildə həbs olunub. Xüsusi həbsxanada bir neçə ay saxlanılan braziliyalı sınaq müddəti şərti ilə azadlığa buraxılıb. O, məhkəmədə narkotik maddələrdən yararlandığını desə də, onların yayılmasında iştirak etmədiyini söyləyib.
0