Stüart Bakster: “Azərbaycan yığmasının şansı yoxdur”
12.09.2008 - 11:09
Bakı. Mehman Süleymanov - APA-Sport. “Almaniya ilə böyük müharibəmiz başa çatdı. Bizi oktyabrın 11-də Azərbaycan yığması ilə döyüş gözləyir”. “APA-Sport”un məlumatına görə, bunu 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan futbol yığmasının növbəti rəqibi olan Finlandiya milli komandasının baş məşqçisi Stüart Bakster deyib.
Ötən il yığmanın sükanı arxasına keçən 55 yaşlı ingilis mütəxəssis ilk dəfə qarşılaşacağı Azərbaycan komandasını zəif rəqib hesab edir: “Azərbaycan yığmasını məğlub edəcəyimizə şübhəm yoxdur. Almaniya ilə 3:3 hesablı heç-heçə bizə bir xal qazandırdı. Azərbaycanla görüşdən 4 gün sonra isə bizi səfərdə Rusiya ilə sınaq gözləyir. Moskvaya 4 xalla yollanacağımıza əminəm. Bir sözlə, Azərbaycanın Finlandiyada xal qazanmaq şansı yoxdur”.
Qeyd edək ki, milli komandamız müxtəlif illərdə Finlandiya ilə səfərdə keçirdiyi hər üç oyunda uduzub (0:3; 0:3; 1:2).

0
0