Rekordun 123 illiyi və ya çətirli qapıçı
12.09.2008 - 11:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sentyabrın 12-si Britaniya futbol tarixində əlamətdar gündür. “APA-Sport”un məlumatına görə, 123 il əvvəl ada tarixinin ən böyük futbol hesabı qeydə alınıb. Belə ki, Şotlandiya kubokunun birinci mərhələsində “Arbrot” klubu “Bon Akkord”u 36:0 hesabıyla məğlub edib. Con Petri isə həmin qarşılaşmada rekord sayda - 13 qol vurub. Amma nəticənin belə olmasına bir çox amillər təsir edib.
“Orion” klubuna dəvət göndərməli olan Şotlandiya Futbol Federasiyası səhvən “Orion” kriket komandasına müraciət edib. Ömrü boyu futbol oynamayan kriketçilər peşəkar futbol turnirində oynamaqdan imtina etməyi özlərinə sığışdırmayaraq “Bon Akkord” adı ilə yarışa qatılıb. Onlar səfər matçına futbol geyimi olmadan yollanıb.
Oyun qonaqların qapısı önündə keçib. Həyatında ilk dəfə qapıda dayanan Endryu Lorni nə qədər çalışsa belə, 36 qol buraxıb. Şahidlərin dediyinə görə, ən azı daha 7 qol hesaba alınmayıb. Mübahisəli oyundankənar vəziyyət, həmçinin qapılarda torun olmaması meydan sahiblərinin əziyyətini heçə endirib. O vaxt tribunadan oyunu idarə edən hakim topun dirəyin yanından, yoxsa arasından keçdiyini müəyyənləşdirməyə də çətinlik çəkib. Qol zamanı uzağa uçan top arxasınca gedən qonaqlar bu yolla vaxtı da uzadırmış.
“Arbrot”un qapıçısı isə yağışın altında darıxdığını görərək azarkeşlərin birinə yaxınlaşaraq onun çətirini alıb. Başında çətir dirəyə söykənən Cim Miln qapının arxasında dayanan dostu ilə söhbət edirmiş. Deyilənlərə görə, 90 dəqiqədə Cim və top bir-birinə toxunmayıb. Maraqlıdır ki, iki il sonra əsl “Orion” klubu “Arbrot”la qarşılaşıb və yenə uduzub – 0:18.
Britaniya futbolunda daha böyük hesab və daha kuryoz hadisə də yaşanıb. Şotlandiya kubokunun “Dandi Harp” – “Aberdin Rovers” matçı 37:0 hesabı ilə nəticələnib. Lakin topların siyahısını tutan “Dandi Harp” nümayəndəsi yalnız 35 qolu özündə qeyd edib. Bu səbəbdən bütün tərəflərin razılığı ilə alicənablıq edən hakim iki qolu ləğv edib – 35:0.

0
0