UEFA Terimi cəzalandıra bilər
12.09.2008 - 14:50
Bakı. Kənan Həsənov - APA-Sport. UEFA Türkiyə yığmasının baş məşqçisi Fatih Terimi cəzalandıra bilər. “APA-Sport”un məlumatına görə, bu iddia ilə Belçika mətbuatı çıxış edib. Bu ölkənin VRT kanalı türkiyəli mütəxəssisin Belçika ilə İstanbulda keçirilən oyunda aqressiv davranışının UEFA tərəfindən araşdırılması haqda xəbər yayıb. Terimin 1 oyunluq cəzalandırılması gözlənilir.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Terimlə rəqib baş məşqçi Rene Vandereyken arasında münaqişə yaranıb. Bir-birinin üzərinə yeriyən tərəfləri görüşün ehtiyat hakimi sakitləşdirib. UEFA nümayəndəsi Sven Johansenin olaylar haqda raport hazırlayıb, onu təmsil etdiyi quruma göndərdiyi bildirilir.
Qeyd edək ki, “Fənərbaxça” klubuna məxsus “Şükrü Saracoğlu” stadionunda baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.

0
0