Quiza bənna ola bilərmiş
12.09.2008 - 15:24
Quiza bənna ola bilərmiş
Bakı - APA-Sport. Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Ermənistana qarşı keçirilən matç İspaniya yığmasının futbolçusu Daniel Quizanın qəzəbinə səbəb olub. “APA-Sport”un məlumatına görə, “Fənərbaxça”nın hücumçusu bu oyunda erkən əvəzlənməsindən narazı qalıb.

Start heyətdə yer alan Quiza 56-cı dəqiqədə baş məşqçi Visente del Boske tərəfindən dəyişdirilib: “Əgər belə şeylər məni narahat etməsəydi, futbolçu yox, bənna olardım. Əvəzlənərkən əsəbi idim. Çünki yaxşı oynamadığım üçün qol vura bilməmişdim”.

28 yaşlı Avropa çempionu əvəzləndikdən dərhal sonra paltardəyişmə otağına yollanıb və görüşün qalan hissəsini izləməyib. Buna görə qınaq obyektinə çevrilən Quiza bildirib ki, bu məsələni qabartmağa ehtiyac yoxdur: “Məncə, əvəzləndikdən sonra paltardəyişmə otağına gedib-getməməyimin bir önəmi yoxdur. Ən başlıcası, yığmanın qələbə qazanmasıdır. Ümidvaram ki, milli komandanın növbəti oyunlarına da dəvət alacağam”.

Qeyd edək ki, İspaniya - Ermənistan matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib.
0