Laudrupun təyinatı rəsmiləşdi
12.09.2008 - 16:35
Bakı. Mehman Süleymanov - APA-Sport. Mikael Laudrupun Moskvanın “Spartak” klubunun yeni baş məşqçisi olması rəsmiləşib. “APA-Sport”un məlumatına görə, 44 yaşlı danimarkalı mütəxəssis Rusiyanın ən titullu futbol komandasıyla bu gün il yarım müddətə müqavilə imzalayıb. Laudrup bildirib ki, danışıqlar zamanı klub rəhbərliyi bütün məsələlərlə bağlı lazımı dəstək göstərib: “Komanda son 7 ildə Rusiya çempionu ola bilmir. Mənə bu vaxtda edilən dəvət taleyin böyük çağırışıdır”.
Hazırda turnir cədvəlinin üçüncü pilləsində olan “Spartak” lider “Rubin”dən 9 xal geri qalır.
Hazırda turnir cədvəlinin üçüncü pilləsində olan “Spartak” lider “Rubin”dən 9 xal geri qalır.
0
0