Xodukindən futbolçularına ciddi xəbərdarlıq
12.09.2008 - 16:57
Bakı. Mehman Süleymanov - APA-Sport. “Yığmadan qayıtdıqdan sonra Elvin Məmmədov və Cavid Hüseynovla ciddi söhbətim oldu. Onlara bir daha Uels və Lixtenşteynlə oyundakı kimi çıxış edəcəkləri təqdirdə, ehtiyatda qalacaqlarını dedim”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Elvin Məmmədovla Cavid Hüseynovun milli komandadakı çıxışından narazı qalan 69 yaşlı mütəxəssis bildirib ki, ciddi ölçü götürmək fikrindədir: “Futbolçu meydanda necə deyərlər, bel götürüb, yer qazımalıdır. Onların hələ 20 yaşı var. 30 yaşlı Samir Abbasov meydanda forması tam yaş olanadək çalışır, amma gənclərdə bunun əksini görürük. Bu necə ola bilər? Elə vəziyyətdə olurlar ki, oyundan sonra heç başlarını daramaq da lazım gəlmir”.
Xodukin vurğulayıb ki, Elvin və Cavidi əvəzləmək üçün ciddi problem yoxdur. Onun fikrincə, heyətə daha 3-4 perspektivli futbolçu cəlb edib: “Futbolçunun pasportuna, şəklinə, təvəllüdünə baxmıram. 18 yaşlı azərbaycanlı futbolçu yaxşı oynayacaqsa, heyət hamısı yerli oyunçulardan təşkil olunacaq. Elvinlə Cavidin artıq “ulduz xəstəliy”inə tutulduğunu inkar etmirəm. Bilirsiniz, azərbaycanlı futbolçularla legionerlər arasında öz işlərinə yanaşma baxımından böyük fərq var. Əcnəbi məşq prosesində çox çalışır ki, heyətə düşsün. Amma yerlilər elə hesab edirlər ki, milli komanda üzvü olduqları üçün klubda əsas heyətdə daim oynamalıdır”.

0
0