Madonna stadionu yenə korladı
12.09.2008 - 17:37
Bakı - APA-Sport. Məşhur müğənni Madonna Almaniyada futbol azarkeşlərinin kefinə soğan doğrayıb. “APA-Sport”un məlumatına görə, məhz onun ucbatından Bundesliqanın 4-cü turunun ilk oyunu çərçivəsində “Ayntraxt” - “Karlsrue” matçı təxirə salınıb. Sentyabrın 9-da Frankfurt stadionunda konsert vermiş Madonna ot örtüyünü tamamilə korlayıb.
Bunu görüşün startına 8 saat qalmış stadiona baxış keçirən hakimlər müəyyənləşdiriblər. Onlar ot örtüyünün yararsız hala düşdüyünü nəzərə alaraq, bu gün Bakı vaxtı ilə saat 23:30-da başlanması planlaşdırılan qarşılaşmanı qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar çıxarıblar.
Qeyd edək ki, bu, son bir həftədə futbol stadionlarında Madonna ilə bağlı yaşanan ikinci xoşagəlməz haldır. O, sentyabrın 6-na təyin olunmuş Uels və Azərbaycan yığmaları arasındakı görüşün də az qala təxirə salınmasına səbəb olacaqmış. Madonna Kardiffin “Millenium” stadionunda konsert verərkən arenanın ot örtüyü götürülüb və sonradan onu yerinə qaytarmaq unudulub. Təşkilatçılar bu çatışmazlığı yalnız oyunun startına bir neçə saat qalmış aradan qaldırıblar.

0
0