FİFA-dan milli komandaya sərt cəza
13.09.2008 - 11:12
FİFA-dan milli komandaya sərt cəza
Bakı. Kənan Həsənov - APA-Sport. FİFA Efiopiya yığmasını dünya çempionatının seçmə mərhələsindən kənarlaşdırıb. “APA-Sport”un məlumatına görə, buna adıçəkilən ölkənin futbol federasiyasının rəhbərliyində baş verən münaqişə səbəb olub.

Belə ki, qurumun rəhbəri Aşebir Voldedjordjisə qarşı olan bir qrup şəxs növbədənkənar seçki keçirərək, alternativ federasiya yaradıblar. Amma FİFA və Afrika Futbol Konfederasiyası seçkinin nəticəsini tanımayıb. Bu səbəbdən də Efiopiya yığması seçmə mərhələdən kənarlaşdırılıb və indiyədək keçirdiyi oyunların nəticələri ləğv olunub.

Qeyd edək ki, Efiopiya Ruanda, Mərakəş və Mavritaniya ilə seçmə mərhələnin 8-ci qrupunda yer almışdı.
0