Fabreqasın iki rekordundan biri qırıldı
15.09.2008 - 11:51
Fabreqasın iki rekordundan biri qırıldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Londonun “Arsenal” klubunun futbolçusu Cek Uilşir tarixə düşüb. “APA-Sport”un məlumatına görə, İngiltərə Premyer Liqasının son turunda “Blekbern”lə (4:0) səfər matçında 81-ci dəqiqədə Robin van Persinin yerinə meydana girən Cek 16 yaş 256 günündə olub. Bununla, Uilşir komanda yoldaşı Sesk Fabreqasın Premyer Liqaya məxsus rekordunu qırıb.
Belə ki, Fabreqas 2004-cü ildə “Everton”la görüşdə 17 yaş 103 günündə meydana daxil olub. İngiltərə Liqasında oynayan ən gənc futbolçu isə Ger Vord imiş. O, 1953-cü ildə “Xaddesfild”la görüşdə 16 yaş 321 günündə çıxış edib.
Uilşir birdən-birə iki rekordu qırsa da, Fabreqasın digər uğuru əlçatmaz qalır. Məsələ ondadır ki, Sesk hələ də “Arsenal”ın heyətində debüt edən ən gənc futbolçudur. İspan yarımmüdafiəçi beş il öncə İngiltərə Liqa Kubokunda “Rotterxem”la matçda 16 yaş 177 günündə oynayıb.
0