Volkan su qiymətinə satılır
15.09.2008 - 12:12
Bakı - APA-Sport. Türkiyə yığmasının və “Fənərbaxça”nın qapıçısı Volkanın transfer qiyməti açıqlanıb. “APA-Sport”un məlumatına görə, futbolçunu heyətə cəlb etmək istəyən klub bunun üçün 200 min avro ödəməlidir. Söhbət Volkan Dəmirəldən yox, onun adaşı Volkan Babacandan gedir. Türkiyə Superliqasının dördüncü turunda “Hacettepe”yə qarşı keçirilən matçda Dəmirəlin qırmızı vərəqə almasından sonra Babacan diqqət mərkəzinə gəlib. Çünki növbəti turda baş məşqçi Luis Araqones “sarı-lacivərdlilər”in qapısını ona tapşıracaq.
İki Volkan arasında yaş, təcrübə, istedad fərqi var. Lakin ən böyük fərq transfer qiyməti ilə bağlıdır. Dəmirəl adaşından 30 dəfə bahadır. Başqa sözlə, onun transferi 6 milyon avrodur. “Fənərbaxça”nın yetirməsi olan 19 yaşlı Babacanın digər komandaya keçidi üçün 200 min avro kifayətdir. 2006-cı ildə icarə əsasında “İstanbulspor”da forma geyinmiş gənc oyunçu adətən “Fənərbaxça”nın ikinci qapıçısı qismində çıxış edir. O, daha çox Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü kimi tanınır.
Qapıçı indiyədək 88 dəfə yığmanın şərəfini qoruyub. Bununla belə, Babacanın da ehtiyatı var - Mert Günok. Onun transfer qiyməti isə cəmi 100 min avrodur.

0
0