Qumarbaz məşqçi
15.09.2008 - 13:13
Qumarbaz məşqçi
Bakı. Mehman Süleymanov - APA-Sport. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Litvaya uduzandan (0:3) sonra ciddi tənqid olunan Rumıniya yığmasının baş məşqçisi Viktor Pitsurke daha bir zərbə alıb. “APA-Sport”un məlumatına görə, 52 yaşlı mütəxəssis bu dəfə keçmişinin qurbanı olub. Belə ki, onun 2002-ci ildə Buxarest kazinolarının birində fırıldaqçılıq etməsi mətbuata çıxıb.
Məşqçi poker oynayarkən siqaret qabında gizlədilən kiçik ölçüdə videokameradan istifadə edir və onu paylayanın əlindəki kartlara yönəldirmiş. Görüntü Pitsurkanın əlbirinə daxil olur və o da məşqçini xüsusi siqnalla məlumatlandırırmış. Pitsurke bu yolla 6 gündə 170 min avro udub.
Onun fırıldaqçılığı sonradan aşkara çıxarılıb. Həmin vaxt Buxarestin “Styaua” klubunu çalışdıran Pitsurkenin xahişi ilə qalmaqal ört-basdır edilib. Bundan əlavə, kazinonun sahibləri məşqçinin əlindən fırıldaqla qazandığı pulları almayıb. Sadəcə olaraq, həmin şəxslər ona obyektlərinə bir daha baş çəkməyə qadağa qoyublar.
0