Çempionlar Liqasının iştirakçıları nə qədər qazanacaq?
15.09.2008 - 15:20
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA Çempionlar Liqasının (ÇL) cari mövsümün mükafat fondu açıqlanıb. “APA-Sport”un məlumatına görə, turnirin qrup mərhələsinin hər bir iştirakçısı 5,5 milyon avro alacaq. Hər qələbə üçün 600 min avro məbləğində mükafat ayrılıb.
1/8 finala vəsiqə üçün mükafat 2,2, ¼ finala 2,5, yarımfinala isə 3 milyon avroya bərabərdir. ÇL-nin qalibi üçün 7, finalçısı üçün 5,4 milyon avro mükafat nəzərdə tutulub. Turnirin qalibi qrup mərhələsində də bütün oyunları qələbə ilə başa vurarsa, bir mövsümə gəliri 23,7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ÇL-nin ötən mövsümünün ümumi gəliri 824,5 milyon avro olub. Bu, daha əvvəlki mövsümlə (2006/07) müqayisədə 530 milyon avro çoxdur.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0