Luçeskunu istefaya çağırdılar
15.09.2008 - 17:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Donetskin “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku ilə Ukrayna yığmasının çalışdırıcıları arasında qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində İsveçrənin “Bazel” klubu ilə sabahkı oyun öncəsi yığmadakı həmkarlarını kəskin tənqid edən Luçesku bildirib ki, futbolçularını milli komandadan qayıdandan sonra şoka düşüb: “Onları yığmada sadəcə, pis günə salırlar. Məni Ukrayna yığmasının məşqçilərinin futbolçuların bərpa prosesinin vecinə almamaqları təəccübləndirir”. Rumın mütəxəssis vurğulayıb ki, İsveçrədə büdrəyəcəkləri halda, bunun günahı milli komandanın məşqçilərində olacaq.
Luçeskunun bu fikirləri isə cavabsız qalmayıb. Adının açıqlanmasını istəməyən çalışdırıcılardan biri deyib ki, rumın həmkarı belə danışmaqla özünə bəhanə axtarır: “Şaxtyor”un futbolçularının fiziki hazırlığı zəif olsa da, baş məşqçi bunu etiraf etmir. Məşqçiləri bütün uğursuzluqlara görə ittiham etmək, utanmazlıqdır. Mən onun yerinə olsaydım, çoxdan istefa ərizəni yazardım”.

0
0