Azərbaycan çempionu “Ararat”ı məğlub edib
16.09.2008 - 09:44
Bakı. Mehman Süleymanov - APA-Sport. Ağstafanın “Avey” klubu UEFA Regional Kubokunda ilk qələbəsini qazanıb. “APA-Sport”un məlumatına görə, 8-ci qrupda yer alan komandamız Slovakiyada keçirilən seçmə qrup mərhələsinin sonuncu oyununda Estoniya “Ararat”ını üstələyib - 2:0.
Həvəskarlar arasında son Azərbaycan çempionu olan “Avey” ilk görüşdə yerli “Bratislava”ya uduzub (2:4), ardından Latviyanın “Kurzemes” komandasıyla heç-heçə edib – 1:1.
Təşkilatçı ölkənin komandası qrup qalibi kimi növbəti mərhələyə yüksəlib. Abbas Fərzəliyevin çalışdırdığı “Avey” isə 4 xalla qrupda 2-ci yeri tutub. “Kurzemes” ilə xalları bərabər olan komandamız rəqibini şəxsi göstəricidə üstələyərək növbəti mərhələyə yüksəlib.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0