Nihat mahnı oxudu
16.09.2008 - 09:45
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının üzvü Nihat Qəhvəçinin Çempionlar Liqasında debütü təxirə salınıb. “APA-Sport”un məlumatına görə, buna hücumçunun zədəsi səbəb olub. Hələ də tam sağalmayan Nihat şərəfini qoruduğu İspaniyanın “Vilyareal” klubunun İngiltərəyə yollanan heyətində yer almayıb. Türkiyəli futbolçu sabah turnirin son qalibi “Mançester Yunayted”lə oyunu televiziya vasitəsilə izləməli olacaq.
Bu arada Nihat komanda yoldaşları ilə birgə “Vilyareal”ın rəsmi internet saytı üçün “Violeta” adlı mahnı oxuyub. Musiqi yerli azarkeşlərə “Deportivo”ya qarşı oyundan əvvəl təqdim olunub. “Vilyareal” bu görüşdə rəqibini minimal hesabla məğlub edib - 1:0.

0
0