Ballak proqnoz verdi
16.09.2008 - 09:50
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya yığmasının və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Mixael Ballak iddialı bəyanatla çıxış edib. “APA-Sport”un məlumatına görə, 32 yaşlı futbolçu Çempionlar Liqasının qalibinin adını açıqlayıb.
Ballak bildirib ki, məhz onun çıxış etdiyi London təmsilçisi gələn ilin mayında titul qazanacaq: “Çempionlar Liqasının qalibinin kim olacağına heç bir şübhəm yoxdur. Əminəm ki, bu mövsüm mükafat bizim olacaq”.
Artıq zədəsini sağaldaraq Fransanın “Bordo” klubu ilə oyuna hazır olan Mixael üçün 2008-ci il o qədər də uğurlu olmayıb. Onun çıxış etdiyi komandalar həm Avropa çempionatında, həm də Çempionlar Liqasında qələbənin bir addımlığında – finalda uduzub.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0