“Fənərbaxça” üçün qara tarix
16.09.2008 - 10:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu “Porto”ya qarşı keçirəcək Türkiyənin “Fənərbaxça” klubu üçün qarşılaşmanın baş tutacağı tarix qara hərflərlə yazılıb. “APA-Sport”un məlumatına görə, sabah Portuqaliyanın “Draqao” stadionuna çıxacaq istanbullular tarixində üçüncü dəfə avrokubok matçını sentyabrın 17-də keçirəcək.
Əvvəlki iki qarşılaşmada qol vurmayan “Fənərbaxça”nın antirekordu da məhz bu tarixlə bağlıdır. 1975-ci ildə Çempionlar Kubokunun birinci mərhələsində çıxış edən İstanbul təmsilçisi avrokubok tarixinin ən acınacaqlı məğlubiyyətini almışdı. Özü də Portuqaliyada. 33 il əvvəl sentyabrın 17-də “Benfika”ya 0:7 hesabı ilə uduzan “Fənərbaxça” qitə kuboklarındakı digər 145 görüşündə bundan pis günə düşməyib. İstanbullular 1980-ci ildə də həmin gün meydana çıxıb. Lakin bu dəfə onlar öz meydanında uduzub. UEFA kubokunun birinci mərhələsində türkiyəliləri Bolqarıstanın “Beroe” klubu məyus edib - 0:1.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0