“Qəflətən ilk iki pillədən birində peyda olacağıq”
16.09.2008 - 11:28
“Qəflətən ilk iki pillədən birində peyda olacağıq”
Bakı - APA-Sport. “Qrupun favoritləri “Portu” və “Arsenal”dır. Amma biz qəflətən ilk iki pillədən birində peyda olacağıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın hücumçusu Deyvid de Souza deyib.

Braziliyalı futbolçu bildirib ki, sabah Çempionlar Liqası qrup mərhələsinin ilk turu çərçivəsində Lissabonda qarşılaşacaqları “Portu” ilə oyun çətin olacaq: “Çünki rəqibin sabit heyəti var. Hər halda, səfərdən qənaətbəxş nəticə ilə dönməyə çalışacağıq”.

İki il öncə Lissabonun digər təmsilçisi “Sportinq”də çıxış etmiş Deyvid “Portu”nu yaxşı tanıdığını söyləyib. Bununla yanaşı, 29 yaşlı hücumçu “əjdahalar”ın qismən zəiflədiyini vurğulayıb: “Xüsusilə, Kuarejmanın “İnter”ə keçidindən sonra “Portu”nun ön xəttində boşluqlar yaranıb. Yəqin ki, bu çatışmazlıqlar heyətdəki başqa hücumçuların sayəsində aradan qaldırılacaq”.
0