Maurinyonun cavabını verdilər
16.09.2008 - 11:53
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Belə şeyləri yalnız elə adam deyə bilər ki, o rəqibinə, məşqçilərə, çalışdığı ölkəyə hörmət etmir. Mənim Mourinyo səviyyəsinə enmək fikrim yoxdur. Sadəcə, demək istəyirəm ki, dilinə fikir versin”. “APA-Sport”un məlumatına görə, bu sözləri İtaliyanın “Katanya” klubunun baş məşqçisi Petro Lo Monako deyib. Çalışdırıcı bu yolla ölkə çempionatının son turunda məğlub olduqları “İnter”in portuqaliyalı baş məşqçisi Joze Mourinyonun cavabını verib. Həmin görüşdə 10 nəfər qalmalarına baxmayaraq, 2:1 hesabı ilə qalib gələn milanlıların baş məşqçisi rəqibə yuxarıdan aşağı baxmışdı: “Hesab oyuna görə olmadı. Biz 5:1 hesabı ilə qalib gəlməliydik. Hətta qapıçımız Xulio Sezarın əvəzinə özüm çərçivədə dayansaydım belə “Katanya” bir dənədən artıq qol vura bilməzdi”.
0
0