“Olimpik” klubunun adı dəyişdirilir
16.09.2008 - 12:42
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakının “Olimpik” klubunun adı dəyişdirilir. Bu haqda “APA-Sport”a komandanın mətbuat katibi Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, klub yaxın zamanlarda “Olimpik-Şüvəlan” adlandırılacaq.
“Bunun üçün lazımi sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. Nazirlik “Olimpik-Şüvəlan” adını təsdiqləyəndən sonra AFFA-ya müraciət ünvanlayacağıq” - deyə Yusifov bildirib. O vurğulayıb ki, komandanın Premyer Liqada “Olimpik-Şüvəlan” adı altında debütü təxminən oktyabrın əvvəllərində baş tutacaq.
Yusifov ad dəyişikliyinin səbəbini də açıqlayıb: “Şüvəlanda komandamızın stadionu və bazası tikilir. Biz çempionatda Şüvəlan təmsilçisi kimi çıxış edəcəyik. Buna görə də klubumuzun adını dəyişdirərək, “Olimpik-Şüvəlan”a çevirmək qərarına gəldik”.
Qeyd edək ki, Premyer Liqada yarışan klubların adlarının dəyişdirilməsi təşəbbüsünü bu ilin mayında AFFA prezidenti Rövnəq Abdullayev irəli sürüb. Abdullayev həmin vaxt “Olimpik”in “Şüvəlan”, “Bakı”nın “Lokomotiv-Biləcəri” adlandırılması, “Standard”a “Bayıl”, “İnter”ə isə “Keşlə” sözlərinin əlavə olunmasını təklif etmişdi. Futbolun kütləviliyinin artırılması, azarkeşlərin stadionlara daha çox gəlməsi üçün irəli sürülən bu təşəbbüsə hələlik yalnız “Olimpik” rəhbərliyi müsbət cavab verib.

0
0