Çempionlar Liqasının yubileyləri
16.09.2008 - 13:37
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Çempionlar Liqasının qrup mərhələsinin ilk turu ən azından bir yubileylə əlamətdar olacaq. “APA-Sport”un məlumatına görə, İngiltərə “Arsenal”ı turnirdə 100-cü matçını keçirəcək. Londonlular Kiyevdə “Dinamo” ilə qarşılaşmada bu yubileyi qeyd edən 8-ci klub olacaq. Belə ki, təsnifat mərhələləri nəzərə alınmamaqla, 1992/93 mövsümündən start götürən turnirdə 100 oyun həddinə indiyədək 7 komanda çatıb.
Kiyevlilər “Arsenal”a daha bir yubileyi hədiyyə bəxş edə bilərlər. Ukraynalıların vuracağı ilk qol londonluları turnirdə məyus edəcək 100-cü qol olacaq.
İngiltərəlilər digər iki klubun timsalında daha iki yubileyin astanasındadır. ÇL-də 98 qol vuran “Liverpul” səfərdə “Marsel”i iki dəfə meydanın mərkəzinə dəvət edə bilsə, buna nail olan 12-ci komanda olacaq.
Turun gözlənilən dördüncü yubileyi isə fərdi müstəvidədir. “Mançester Yunayted”in kapitanı Harri Nevill ÇL-in tarixində 100 matç həddinə çatan 10-cu futbolçu kimi düşə bilər. Təsnifat mərhələləri nəzərə alınmamaqla, 99 qarşılaşmaya çıxan müdafiəçi evdə “Vilyareal”a qarşı keçiriləcək matçda yubileyini meydana çıxmaqla bayram edə bilər.

0
0