BATE “Barselona”dan 78 dəfə ucuzdur
16.09.2008 - 14:54
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün startı verilən UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin iştirakçıları arasında ən bahalı klub “Barselona”dır. “APA-Sport”un məlumatına görə, İspaniya təmsilçisinin futbolçularının transfer qiyməti 392 milyon avro təşkil edib.
İngiltərənin “Çelsi” (389 milyon avro) və “Mançester Yunayted” (380) klublar ilk “üçlüyü” qapayır. “Fənərbaxça”nın düşmədiyi ilk 15 komanda sırasında “Real” (365), “İnter” (343), “Liverpul” (301), “Yuventus” (259), “Roma” (254), “Bavariya” (253), “Arsenal” (246), “Atletiko” (215), “Lion” (211), “Fiorentina” (199), “Vilyarreal” (152) və “Zenit” (140) yer alıb.
Ukraynanın ÇL-dəki təmsilçiləri olan “Şaxtyor”la Kiyev “Dinamo”sunun futbolçularının transferlərinin ümumi dəyəri müvafiq olaraq 114 və 80 milyon avro civarındadır. Postsovet məkanının daha bir təmsilçisi, ÇL-nin qrup mərhələsinin debütantı olan BATE-nin heyətinin qiyməti isə cəmi 5 milyon avrodur. Bu isə ən bahalı komanda olan “Barselona”dan demək olar ki, 78 dəfə aşağı göstəricidir. Maraqlısı isə odur ki, Belarus çempionu ilə bir qrupa düşən “Real” və “Yuventus”un heyətində 5 milyon avrodan ucuz futbolçu yoxdur.
BATE ilə bir qrupda çıxış edəcək digər debütant “Zenit” Rusiyada ən bahalı komandadır. Sankt-Peterburq təmsilçisi bu komponentdə Moskva klubları MOİK (85), “Lokomotiv” (71), “Spartak”ı (65,5) aşkar üstələyir. “Zenit” xeyli vaxtdır bahalı transferlər həyata keçirməsə də, komandanın son vaxtlar beynəlxalq arenada uğurlu çıxışı futbolçularının qiymətini artırır. Bu mənada sankt-peterburqluların ən bahalı futbolçusu 21 milyon avro dəyərində olan Andrey Arşavindir.

0
0