Bernd Şusterdən Azərbaycan yığmasına hədiyyə
16.09.2008 - 15:16
Bernd Şusterdən Azərbaycan yığmasına hədiyyə
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası (U-17) İspaniya yığmasının bazasında hazırlığını davam etdirir. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sabah Madridin “Real” klubunun nəzdində həmyaşıdlarından ibarət komanda ilə yoldaşlıq görüşü keçirəcək futbolçularımız bundan sonra Çempionlar Liqasının matçını izləyəcəklər. Millinin üzvləri turnirin qrup mərhələsinin ilk turu çərçivəsində “Real” – BATE (Belarus) görüşünü “Santyaqo Bernabeu” stadiondan izləmək imkanına malik olacaqlar. 17 yaşlılarımız bunadək həmin arenada “Real”ın İspaniya Primerosunun 2-ci turu çərçivəsində “Numansiya”nı 4:3 hesabı ilə məğlub etdiyi ev oyununu canlı izləyiblər. Madrid klubunun baş məşqçisi Bernd Şuster BATE ilə oyunların biletlərini yığmamızın üzvlərinə hədiyyə olaraq alıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq “Real” ilə görüş yığmamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Lippertin komandası sentyabrın 18-də İspaniyadan seçmə oyunların təşkil olunacağı Polşaya yola düşəcək.
0